• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Onu ittiham etdi: “O, etdiyi hərəkətlə həm mənə, həm də …”

  • İdman
  • 3 Fevral 2015 11:56
  • 423 Baxış
Onu ittiham etdi: “O, etdiyi hərəkətlə həm mənə, həm də …”

Eto`O yeni müqavilə bağladığı “Sampdoriya”dan ayrıla bilər.

Publika.az xəbər verir ki, buna səbəb “ağ-göylər”in İtaliya A seriyasının son turunda səfərdə “Torino”ya məğlub olduğu oyundan (1:5) sonra komandanın baş məşqçisi Sinişa Mihayloviçin futbolçulara əlavə məşq təyin etməsidir.

Turindəki matçın 71-ci dəqiqəsində oyuna daxil olan kamerunlu hücumçu cəzanın ona da şamil olunmasından narazılıq nümayiş etdirərək, komandanın düşərgəsini tərk edib. Futbolçunun Milana - ailəsinin yanına yollandığı deyilir.

İtalyan mətbuatında yazılanlara görə, "Sampdoriya" rəhbərliyi hücumçunun şəxsi məsələlərə görə klubun düşərgəsini tərk etdiyini desə də, komandanın serbiyalı çalışdırıcısı Sinişa Mihayloviç fərqli düşünür. O, Samuelin düşərgəni tərk etməsini həm özünə, həm də komandaya qarşı hörmətsizlik olduğunu deyib:

“Hər hansı münaqişənin olması üçün hər iki tərəf o münaqişədə iştirak etməlidir. Burda bir tərəf var ki, o da Eto`Odu. O, etdiyi hərəkətlə həm mənə, həm də komandaya qarşı hörmətsizlik etdi. Klubun onunla bağlı nə tədbir görəcəyini bilmirəm”.

Kamerunlu futbolçu Genuya təmsilçisinə bir neçə gün öncə "Everton"dan cəlb edilib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR