İdman
Azərbaycan çempionunda baş məşqçi dəyişikliyi
"Rabitə" voleybol klubunun baş məşqçisi dəyişdirilib.
Publika.az xəbər verir ki, Azərbaycan çempionuna rəhbərlik edən Deyan Brdjoviç istefaya göndərilib.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Buna komandanın uğursuz çıxışı səbəb olub.
Belə ki, "Rabitə" Çempionlar Liqasında çıxış etdiyi bütün illərdə mərhələ adlasa da, bu dəfə 6 oyundan 4-də uduzmaqla, CEV Kubokuna enib.
Həmçinin, “Rabitə” Azərbaycan Super Liqasında XII turdan sonra lider olsa da, passivində 2 məğlubiyyət var.
“Rabitə”nin yeni baş məşqçisi Zoran Qayiç təyin olunub. 57 yaşlı Olimpiya çempionu ikinci dəfə Bakı təmsilçisinin “sükanı arxası”na keçməyindən məmnunluq hissi duyduğunu deyib. O, son illərin dəyişməz Azərbaycan çempionunun iştirak etdiyi yarışlarda yüksək pillələrdəki yerini qorumağa çalışacağını bildirib:
“Artıq komanda ilə danışıqlarım yekunlaşıb. Mən “Rabitə”yə kömək etmək üçün gəlmişəm. Komandanın prezidenti Cəlil Cəfərovla bu barədə söhbətimiz olub. Əsas məqsədimiz iştirak edəcəyimiz yarışlarda özümüzü yaxşı tərəfdən göstərməkdir”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR