BAKI-2015: Voleybolda qrupların tərkibi məlum oldu
Bizi izləyin

İdman

BAKI-2015: Voleybolda qrupların tərkibi məlum oldu

Yayda Bakıda keçiriləcək Avropa Oyunlarının voleybol yarışında qrupların tərkibi dəqiqləşib.

Publika.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası kişi və qadınlar arasında təşkil olunacaq yarışlara qatılacaq yığmaları püşkatma ilə deyil, yanvar ayına olan son reytinqə əsasən bölüb.

Oyunlarda ev sahibi kimi iştirak edəcək komandalarımız kifayət qədər güclü rəqiblərə qarşı oynayacaq. Kişi voleybolçularımız qadın komandamızla mübarizədə bir qədər asan qrupda yer alıb.

Belə ki, Faiq Qarayevin başçılıq etdiyi millimiz İtaliya (reytinqdə 2-ci), Türkiyə (4), Polşa (6), Belçika (8) və Rumıniya (15) ilə birgə A qrupunda çıxış edəcəklər. B qrupunda Rusiya (1), Serbiya (2), Almaniya (5), Hollandiya (6), Xorvatiya (8) və Bolqarıstan (10) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Bülənt Karslıoğlunun rəhbərlik etdiyi kişilərdən ibarət Azərbaycan yığması da ev sahibi kimi A qrupunda gücünü yoxlayacaq. Komandamızın rəqibləri Serbiya (3), Polşa (4), Fransa (7), Finlandiya (8) və Türkiyə (13) olacaq. B qrupunda isə Rusiya (1), İtaliya (2), Bolqarıstan (5), Almaniya (6), Belçika (9) və Slovakiya (10) voleybolçuları yer alıblar.

Reqlamentə əsasən, qruplarda ilk 4 pillədə qərarlaşan komandalar mərhələ adlayacaqlar. Ardınca 1/4, yarımfinal və final oyunları olacaq.

Qeyd edək ki, qadın voleybolçular mübarizəyə iyunun 13-də başlayıb, qalibi iyunun 27-də müəyyənləşdirəcəklər. Kişilərin yarışı isə onlardan bir gün gec start götürüb, 1 gün sonra yekunlaşacaq.

Turnir iyunun 12-dən 28-dək keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm