Sponsorlar Premyer Liqanın formatına “barmaq elədi”
Bizi izləyin

İdman

Sponsorlar Premyer Liqanın formatına “barmaq elədi”

İngiltərə Premyer Liqasının formatında dəyişiklik edilib.

Publika.az xəbər verir ki, İngiltərə Futbol Federasiyasıyla "Sky sport" və "BT sport" kanalları arasında bağlanan müqaviləyə əsasən bu addım atılıb.

Sözügedən televiziya kanalları Premyer Liqanın bütün oyunlarını canlı yayımlamaq istədiyindən, tərəflər arasında belə razılıq əldə edilib. Federasiyayla "Sky sport" və "BT sport" arasında imzalanan müqavilə 2016-cı ilin iyunundan qüvvəyə minəcək.

Qurum yeni mövsümdən etibarən turnirin oyunlarını həftənin dörd günü - cümə, şənbə, bazar və bazar ertəsində keçirilməsiylə bağlı qərar qəbul edib.

İngiltərə Futbol Federasiyası dünən Premyer Liqanın yayım hüququnun üç mövsüm ərzində (2016/17, 17/18, 18/19) "Skyspor" və "BT sport" kanallarına satıldığını bəyan etmişdi. Sözügedən televiziya şirkətləri federasiyaya ümumilikdə 7.8 milyard dollar ödəməli olacaq. Bu isə hazırda qüvvədə olan müqavilənin dəyərindən (4.6 milyard) 70 faiz çoxdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm