
İngiltərə Federasiya kubokunda 1/8 final mərhələsinin oyunlarına yekun vurulub.
Publika.az xəbər verir ki, növbəti mərhələyə son vəsiqənin sahibi “Mançester Yunayted” olub.
Səfərdə "Preston"un qonağı olan "Qırmızı şeytanlar" 3:1 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. Oyunda hesabı açan meydan sahibləri olsa da, Lui Van Qalın yetirmələri yüksək əzmkarlıq hesabına nəticəni dəyişə bilib. Amma sonuncu qolda Runinin özünü yerə ataraq penalti qazanması İngiltərə mətbuatında birmənalı qarşılanmayıb.
Qeyd edək ki, "Mançester Yunayted" klubu 1/4 finalda "Arsenal"la üz-üzə gələcək.
İngiltərə Federasiya kuboku, 1/8 final
16 fevral
Preston - Mançester Yunayted 1:3
Leird, 47 - Herrera, 65, Fellaini, 72, Runi, 88-p.
1/4 final
7 mart
Aston Villa - Vest Bromviç
Bradford - Ridinq
Liverpul - Blekbern
Mançester Yunayted - Arsenal