• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sürüşdü birdən-birə... – “Həkim olmasaydı, iflic qala bilərdim” - FOTO

  • İdman
  • 26 Fevral 2015 18:47
  • 809 Baxış
Sürüşdü birdən-birə... – “Həkim olmasaydı, iflic qala bilərdim” - FOTO

"Qalatasaray" bugünlərdə şok xəbər aldı. "Sarı-qırmızılı" klubun əsas oyunçularından Felipe Melo dünən təcili olaraq bel yırtığından əməliyyat olunub.

Futbol həyatını da riskə ata biləcək qədər böyük problemdən xilas olan braziliyalı oyunçu ən azından 6 həftə komandadan uzaq qalacaq. Ancaq onun üçün mövsümün bitdiyi də iddia edilir.

Qeyd edək ki, Melonun yırtıq problemindən şübhələnən klub həkimi Yener İnce Hamza Hamzaoğluna bir tələb irəli sürüb. Klub həkimi baş məşqçiyə Melonu meydana buraxmasının riskli olduğunu deyib. Hamzaoğlu da onu oynatmaqdan imtina edib. Hələ buna görə braziliyalı futbolçu həkimə qəzəblənib də. amma indi ona dua edir: “Həkim olmasaydı, iflic qala bilərdim”.

Bel yırtığına görə böyük ağrılar çəkən Melo tibbi müayinədən keçib və təcili olaraq əməliyyat olunmasına qərar verilib. Məlumata görə onun bu duruma gəlməsinə səbəb qardan buzlaşan yollar olub. Belə ki, qarda sürüşməsi onda belə bir problemi ortaya çıxarıb. Futbolçunu əməliyyat edən həkim Hakan Oruçkaptan Melonun durumu ilə bağlı belə açıqlama verib:

“Əməliyyat uğurlu keçdi. Sol ayağında ciddi bir güc zəifliyi var idi. İndi vəziyyəti çox yaxşıdır. Felipe Melo çox güclüdür. Bəlkə daha tez meydana qayıdar, bu müalicə müddətinin effekt verməsindən aslıdır. Melo 4-6 həftə ərzində bərpa kursu keçəcək”.

Aygün

Xəbər lenti

DAHA ÇOX XƏBƏR