Azərbaycanlı hakimin Gürcüstanda unikal fırıldağı - VİDEO
Bizi izləyin

İdman

Azərbaycanlı hakimin Gürcüstanda unikal fırıldağı - VİDEO

Azərbaycanlı hakimin Gürcüstanda unikal fırıldağı

Bir müddət əvvəl hakimlikdən uzaqlaşdırılan Elçin Məmmədov Gürcüstanda gürcü hakimlərə seminar keçib.

Məmmədov Azərbaycan mətbuatına verdiyi açıqlamada seminara Gürcüstan Futbol Federasiyası tərəfindən dəvət aldığını bildirmişdi.

Ancaq məlum olub ki, keçmiş hakimin dedikləri həqiqəti əks etdirmir. Publika.az xəbər verir ki, bu günlərdə AFFA-ya və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova Gürcüstandan zəng gəlib.

Zəng edən şəxs Gürcüstan Hakimlər Komitəsinin sədri olub. O, Elçin Məmmədovu heç bir seminara dəvət etmədiklərinin bildirib. Xaqani Məmmədov sportal.az-a verdiyi açıqlamada məsələ ilə bağlı ona Gürcüstandan zəng edildiyini təsdiqləyib:

“Bu məsələ ilə bağlı Gürcüstan Hakimlər Komitəsinin sədri mənə zəng etdi və etirazını bildirdi. O dedi ki, “nə haqla Elçin Məmmədov gəlib hakimlərimizə seminar keçir?”. Mən də dedim ki, onu biz göndərməmişik, sizin futzal federasiyası dəvət edib.

Onlar onu televiziyada FİFA-nın təlimatçısı kimi təqdim ediblər. Səhv məlumatdı. Elçin Məmmədovun özünü FİFA-nın təlimatçısı kimi təqdim etməyə haqqı çatmır”.

Məsələ ilə bağlı təqdim etdiyimiz videodan görünür ki, aparıcı Elçin Məmmədovu FİFA-nın təlimatçısı kimi təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm