Qurbanov “Hayduk”da belə debüt etdi – VİDEO+FOTO
Bizi izləyin

İdman

Qurbanov “Hayduk”da belə debüt etdi – VİDEO+FOTO

Qış fasiləsində "Neftçi"dən Xorvatiyanın "Hayduk" klubuna icarəyə verilən Ruslan Qurbanov yeni klubunda debüt edib.

Publika.az xəbər verir ki, millimizin üzvü Xorvatiya kubokunun 1/4 final mərhələsinin "Vinoqradar"la oyununda iştirak edib. Ruslanın ikinci hissədə meydana daxil olduğu matç 3:0 hesabıyla "Hayduk"un xeyrinə başa çatıb. Həmyerlimiz bir-iki epizodda rəqib qapıçısına çətin anlar yaşadıb.

Qeyd edək ki, "Hayduk" bu rəqibinə səfərdə də 3:0 hesabıyla qalib gəlmişdi. Nəticədə, Split təmsilçisi Xorvatiya kubokunun yarımfinalına vəsiqə əldə edib.

Xorvatiya kuboku, 1/4 final

4 mart

Hayduk - Vinoqradar 3:0

Yozinoviç, 12. Baliç, 26; 62.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm