• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Mən "Neftçi"də işləyəndə biz stadionlara maksimum azarkeş cəlb edirdik”

  • İdman
  • 6 Mart 2015 16:05
  • 398 Baxış
“Mən "Neftçi"də işləyəndə biz stadionlara maksimum azarkeş cəlb edirdik”

AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, federasiya prezidenti mətbuat konfransı zamanı bir çox məsələlərə toxunub.

- Almaniya Futbol Məktəbi layihəsi özünü doğrultdumu?

- Almaniya Futbol Məktəbi layihəsi AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyevin layihəsidir. Görürəm ki, effekt vermir. Tapşırıq vermişəm ki, dayandırılsın. Yanvarın 1-dən dayandırılacaq. Başlayanda mənə demişdilər ki, hər il 10 oyunçu ortaya çıxacaq, amma çıxmadı.

- Son dörd ildə "Sumqayıt" klubunun gördüyü işlər sizi qane edirmi?

- Baş məşqçi Aqil Məmmədov legionersiz komandada yaxşı işlər görür. Mən "Sumqayıt"ın oyunlarına həvəslə baxıram. Bəlkə də bunu deməyim düz deyil. "Sumqayıt" milliyə üç oyunçu verir ki, bu da yaxşı nəticədir.

- U-21-in baş məşqçisi postuna Yaşar Vahabzadənin gətirilməsiylə bağlı fikirləriniz necədir?

- Onun namizədliyini Məşqçilər Komitəsi irəli sürdü, biz də razılaşdıq. Niyə də olmasın? Yaşar özümüzünküdür, yaxşı məşqçidir.

- "Araz Naxçıvan"ın fəaliyyətinin yenidən bərpa ediləcəyi ilə bağlı söz-söhbətlər yayılıb. Nə dərəcədə doğrudur?

- Elə bir şey yoxdur. "Araz Naxçıvan" cəzalandırılıb. Onlar qayıtmaq istəyirlərsə, sıfırdan başlamalıdılar.

- Futbola yatırılan vəsait ildən-ilə artır. Amma futbolumuz keçən illə müqayisədə zəifləyib, azarkeşlərin də sayı azalıb. Bununla bağlı tədbir görüləcəkmi?

- "Qarabağ"ın oyunlarında gördük ki, stadion necə dolur. Problem daxili çempionatımıza olan marağın azlığından gedir. Bu, klubların problemidir ki, stadiona azarkeş yığa bilmirlər. Mən "Neftçi"də işləyəndə biz stadionlara maksimum azarkeş cəlb edirdik. Lotereyalar, maşın uduşları həyata keçirirdik ki, azarkeşlər çox olsunlar. Futbola baxmağa az adam gəlirsə, bu yaxşı hal deyil. Klublar yəqin özləri istəmirlər. Azarkeş olmayanda fitə basmırlar, istefaya səsləmirlər (gülür).

- Yayımla bağlı tenderi bizim heç bir kanalımız ala bilməyəcək. Hansı kanalın gücü çatacaq ki, yayım hüququnu alsın?

- Ala biləcək. Mən buna inanıram. Heç bir kanal çempionatın yayım hüququnu ala bilməyəcəksə, biz bu hüququ pulsuz olaraq, Az.TV-yə verəcəyik. Bütün dünyada belədir ki, klublar gəlirlərinin 60 faizini yayımdan əldə edirlər.

- Superkubok məsələsi hələ də yoluna qoyulmayıb...

- O, problem deyildi. Sadəcə, vaxtla bağlı problemlə üzləşdik. Yəni o oyun üçün uyğun vaxt tapa bilmədik. Əvvəl klublarımız avrokubokları birinci turdan tərk edirdilər, onda rahat idi. Amma indi klublarımız avrokubokda mərhələ adlayırlar deyə, bunu reallaşdırmaq çətindir.

- AFFA-nın büdcəsi Ermənistanın dövlət büdcəsiylə müqayisə edilir. Amma onlar nəticə verə bilirlər, biz isə yox...

- Birinci, verdiyimiz kitabı oxuyun ki, o pul hara gedir, necə xərclənir. Bu sözlər bizim zəhmətimizə qiymət verməmək kimi bir şeydi. Qaldı ki Ermənistan məsələsinə, razıyam. Aclıqda insan daha çox irəliləyir. Bir az toxluğumuz var. Amma "nəticə yoxdu" demək düzgün olmaz. Bu qədər infrastruktur işləri aparılır, çempionat da yaxşı keçirilir.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR