İdman
Qadın güləşçilərimiz 5-ci yer uğrunda güləşəcək
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçirilir.
Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışda Azərbaycanla yanaşı, Yaponiya, Polşa, ABŞ, Rusiya, Ukrayna, Monqolustan və İsveç güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Yaponiya, Polşa və ABŞ komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Ukrayna, Monqolustan və İsveç komandaları qüvvələrini sınayıb.
Qrupun ilk görüşündə ABŞ komandası ilə 4:4 hesablı bərabərlik qeydə alınsa da, texniki göstəricilərə görə rəqibdən geri qalan yığmamı görüşü məğlub başa vurub. Qadın güləşçilərimiz ikinci görüşdə Polşa güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
Qrupun son görüşünü güclü Yaponiya yığmasına qarşı keçirən komandamız 5:3 hesablı məğlubiyyətlə barışmalı olub. Bu görüşlərin nəticəsinə əsasən komandamız mübarizə apardığı A qrupunu 3-cü yerdə tamamlayıb.
Qrup mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı göstərici Mariya Stadnikə məxsusdur. Komandamızın kapitanı keçirdiyi hər 3 görüşü qələbə ilə başa vurub. Yuliya Ratkeviç və İrina Netreba isə, 3 görüşdən 2-sində qələbə qazanıb.
Beləliklə, qrup görüşlərinin nəticələrinə əsasən, yığma komandamız digər qrupu 3-cü yerdə tamamlamış Ukrayna güləşçiləri ilə 5-ci yer uğrunda qarşılaşacaq. Yaponiya və Rusiya güləşçiləri finalda, ABŞ və Monqolustan güləşçiləri isə bürünc meallar uğrunda yarışacaq. Polşa və İsveç komandaları isə, 7-ci yer uğrunda qarşılaşacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR