• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Brüggedə “B” əməliyyatı - FAKTLAR

  • İdman
  • 12 Mart 2015 16:00
  • 423 Baxış
Brüggedə “B” əməliyyatı - FAKTLAR

Çempionlar Liqasında 1/4 final mərhələsinin 4 iştirakçısı artıq məlumdur. Qalan dördünün adına gələn həftə aydınlıq gələcək. Avropa Liqasında isə bu gün 1/8 finalın ilk oyunlarına start veriləcək. Bir həftədən sonra qitənin hər iki nüfuzlu klub turnirində sona qalan 8 komandanın adını biləcəyik.

Publika.az xəbər verir ki, günün ilk qarşılaşması Rusiyada keçiriləcək. Peterburqda "Zenit" "Torino"nu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

1/16 finalda "Liverpul"u mübarizədən kənarlaşdıran "Beşiktaş" səfərdə "Brügge"nin qonağı olacaq. Bu matç ənənəvi olaraq, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

"Qarabağ"la qrup mərhələsində mübarizə aparmış "Dnepr" öz meydanında "Ayaks"ı qəbul edəcək. İtaliya "İnter"i isə Almaniyada "Volfsburq"un qonağı olacaq.

Avropa Liqası, 1/8 final, ilk oyunlar

12 mart

21:00 Zenit (Rusiya) - Torino (İtaliya)

- “Torino”nun indiyə kimi yolu bir dəfə Rusiya klublarıyla kəsişib. 1992/93 mövsümündə UEFA kubokunun ikinci mərhələsində turinlilər ümumi hesabda Moskva “Dinamo”suna uduzub – 1:2.

- “Zenit” UEFA kubokunun 2008/09 mövsümündə iki oyunun nəticəsinə görə “Udineze”yə məğlub olub – 1:2.

22:00 Brügge (Belçika) - Beşiktaş (Türkiyə)

- “Beşiktaş” UEFA kubokunun 2006/07 mövsümündə İstanbulda “Brügge”ni məğlub edib – 2:1. Həmin oyunun iştirakçılarından yalnız biri indi də heyətdədir. Bu, sağ cinah müdafiəçisi Serdar Kurtuluşdur.

- “Brügge” “Napoli” ilə birlikdə 1/8 final iştirakçıları arasında qrup mərhələsindən bəri ən yaxşı müdafiə xəttinə malikdir. Hər iki komanda 8 oyunda qapısından cəmi 3 top buraxıb.

22:00 Dnepr (Ukrayna) - Ayaks (Hollandiya)

- “Dnepr”in Hollandiya klublarıyla qarşılaşmalardakı üstünlüyü göz oxşayır - 4 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət.

- “Ayaks” bir dəfə Ukrayna təmsilçisiylə üz-üzə gəlib. 2010/11 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində amsterdamlılar Kiyev “Dinamo”sundan üstün olmuşdu – 1:1, 2:1.

- “Dnepr” 1/8 final iştirakçıları arasında ən çox qayda pozan (142 dəfə) və ən çox kobudluğa məruz qalan (137) komandadır.

22:00 Volfsburq (Almaniya) - İnter (İtaliya)

- “Volfsburq” İtaliya klublarıyla qarşılaşmalarda qələbəyə həsrətdir (3 oyun, 1 heç-heçə, 2 məğlubiyyət). “İnter”in Almaniya klublarıyla oyunlardakı balansı belədir: +16=8-11.

- “Volfsburq” 1/8 final iştirakçıları arasında ən təcrübəsiz (avrokuboklarda 57 oyun), “İnter” isə ən təcrübəli (387) komandadır.

00:05 Everton (İngiltərə) - Dinamo K (Ukrayna)

- UEFA kubokunun 2007/08 mövsümündə “Everton” öz meydanında Xarkov “Metallist”iylə heç-heçə oynasa da (1:1), səfərdə qalib gəlmişdi (3:2).

- “Dinamo”nun İngiltərə klublarıyla oyunlarının balansı belədir: +4=7-11 (səfərdə +0=2-9).

- “Everton”un hücumçusu qrup mərhələsindən bəri vurduğu 6 qolla 1/8 final iştirakçıları arasında bombardirdir.

00:05 Fiorentina (İtaliya) - Roma (İtaliya)

- “Fiorentina”nın baş məşqçisi Vinçentso Montella 2009-cu ilədək 10 il “Roma”da top qovub, 215 oyun keçirib, 94 qol vurub və 2001-ci ildə skudettonu qazanıb. “Təyyarə” məşqçilik karyerasına da “Roma”da başlayıb.

- A seriyasının cari mövsümündə “Roma” “Fiorentina”yla qarşılaşmalardan 4 xal toplayıb (evdə 2:0, səfərdə 1:1). “Bənövşəyilər” İtaliya kubokunun 1/4 finalında Romada qələbə qazanaraq (2:0) bunun əvəzini çıxdı.

00:05 Napoli (İtaliya) - Dinamo M (Rusiya)

- “Dinamo”nun baş məşqçisi Stanislav Çerçesov vaxtilə “Spartak”ın qapısını qoruyarkən “Napoli”ylə qarşılaşıb. Çempionlar Kubokunun 1990/91 mövsümünün 1/8 finalında “Qullar” iki dəfə neapollularla “sülh bağlayıb”. Penalti seriyasında ruslar sevinib – 5:3.

- Qrup mərhələsində mübarizəyə başlayanlardan cəmi üç komanda məğlubiyyətsiz irəliləyir: “Dinamo M” ( 7 qələbə, 1 heç-heçə), “Brügge” (5 qələbə, 3 heç-heçə), “İnter” (4 qələbə, 4 heç-heçə).

00:05 Vilyarreal (İspaniya) - Sevilya (İspaniya)

- “Vilyarreal”ın baş məşqçisi Marselinyo 2011, 2012-ci illərdə “Sevilya”da işləyib və məhz indiki komandasına məğlubiyyətdən sonra postundan uzaqlaşdırılıb.

- “Sevilya” cari mövsümdə La Liqada bir dəfə üz-üzə gəlib. Son 3 dəqiqədə iki qol vuran Unay Emerinin yetirmələri əzmkar qələbə qazanıb.

- “Sevilya” sonuncu dəfə İspaniya klublarıyla üz-üzə gəldyi Avroliqa mövsümlərində titulu qazanan tərəf olub (2006/07-də “Osasuna”, 2013/14-də “Valensiya”).

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR