Aleksandr Lukaşenko: “Allah eləməsin Kuşner yıxılar, mənsə yanında olmaram”
Bizi izləyin

İdman

Aleksandr Lukaşenko: “Allah eləməsin Kuşner yıxılar, mənsə yanında olmaram”

Aleksandr Lukaşenko: “Allah eləməsin Kuşner yıxılar, mənsə yanında olmaram”

Belarus prezidenti Aleksandr Lukaşenko Soçi Olimpiya oyunlarında belaruslu idmançıların qələbəsinə şərh verib.

Qeyd edək ki, Soçidə Belarusa 3 qızıl medalı biatlonçu Darya Domraçeva gətirib. Digər qızıl medalı isə xizək akrobatları Anton Kuşnir və Alla Çuper qazanıb.

Publika.az xəbər verir ki, Aleksandr Lukaşenko idmançıların uğuruna belə münasibət bildirib:

“Mən həmişə kənardayam. Daşaya baxıram-mən axı axırlardayam, başa düşürsünüz? Kuşnirin tullanışına baxıram. Allah eləməsin yıxıla bilər, mən isə axı kənarda durmuşam.

Daşanın qısa məsafəni qaça bilməməsini xatırlayırsınız? Güman ki, xidmətçilər orda hansısa səhvə yol veriblər. Mən ona deyirəm: “Etiraf elə, xizəklə gedə bilmədin?” Susur. O, axı özünkülərini daşıya bilmir. Cavab verir: “Aleksandr Qriqoryeviç, mən onların hamısını kəsib atacam.

” Lazım deyil deyirəm, sən ayaqla belə hamıdan yaxşı qaçırsan. Beynini işə sal, düşün və hər şey qaydasında olacaq.

Və baxın, Daşa necə öhdəsindən gəldi! Nağıldır, dünyada hələ heç kəs belə qaçmayıb. Yarışdan sonra o mənə deyir: “Aleksandr Qriqoryeviç, siz sanki mənimlə yanaşı qaçırdınız.”

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm