Karateçilərimiz Avropa çempionatından medalla dönür
Bizi izləyin

İdman

Karateçilərimiz Avropa çempionatından medalla dönür

Azərbaycan milli komandası ikinci ildir ki, komanda yarışlarında Avropa çempionatının mükafatçısı olur.

Trend Milli Karate Federasiyasına istinadən xəbər verir ki, ötən il Finlandiyada Avropa çempionu olan karateçilərimiz bu il də vətənə medallarla dönürlər.

3-cü yer uğrunda yarışın ən güclülərindən sayılan Almaniya komandası ilə görüşü 3:0 hesablı tam üstünlükülə başa vuran Azərbaycan idmançıları 50-ci Avropa çempionatının bürünc medallarına sahib olublar.

Fərdi yarışlarda 3 medal - Rafael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) ilə qızıl medal, Ayxan Mamayev isə (-84 kq) gümüş mükafat qazanan karateçilərimiz bu nəticələrələ 47 iştirakçı ölkədən 19 medal qazana bilən komandalar arasında 6-cı olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm