İdman
Ermənilərin himnini dinləməyən samboçumuza AĞIR CƏZA
Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda idmançımızın Ermənistan himni çalınan zaman oturması böyük səs-küyə səbəb oldu.
Publika.az xəbər verir ki, turnirin ilk günündə 90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olmuşdu. 3-cü yeri belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşmüşdü.
Qaliblərin mükafatlandırılması zamanı isə samboçumuz Bəxtiyar Abbasov qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə oturub.
Onun hərəkətini dəstəkləyənlər də oldu, qınayanlar da. Bu gün daha bir xəbər yayıldı. Ki, bu hərəkətə görə Bəxtiyarın turnirdəki nəticələri ləğv ediləcək və o, beynəlxalq yarışlara buraxılmayacaq. Məsələni dəqiqləşdirmək üçün əvvəlcə idmançının özüylə əlaqə saxladıq. Bəxtiyar bundan xəbərsiz olduğunu bildirdi. Daha sonra sambo üzrə milli komandanın baş məşqçisi Yaqub Abdullayevlə danışdıq. O, Bəxtiyar Abbasovun medallarının əlindən alınacağı xəbərini təsdiqlədi:
“Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev bizim rəhbərliyə bildirib ki, erməni himni çalınarkən Bəxtiyar Abbasov etdiyi hərəkətə görə medalı əlindən alınacaq. O, mükafatçılar sırasından da çıxarılacaq. Ən azı 2 il müddətinə bütün yarışlardan uzaqlaşdırılacaq. Buna görə İlk Avropa oyunlarında da iştirak edə bilməyəcək. Yaxın müddətdə FİAS-ın İntizam Komitəsinin toplantısı baş tutacaq və qərar rəsmi olaraq təsdiqini tapacaq".
Aygün İlqarqızı
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər