İdman
İtalyanların heyəti məlum oldu
İtaliya voleybol komandasının baş məşqçisi Mauro Berruto Avropa Oyunları üçün öz komandasının ilkin heyətini elan edib.
Publika.az xəbər verir ki, Berruto Bakı 2015 yarışlarında çıxış edəcək İtaliyanın voleybol üzrə kişilərdən ibarət komandası üçün 22 oyunçudan ibarət heyət müəyyən edib. Eyni zamanda, o, Avropa Oyunları ilə üst-üstə düşəcək Dünya Liqası yarışları üçün 25 nəfərdən ibarət ilkin heyəti də açıqlayıb.
Altı oyunçu - Elia Bossi, İacopo Botto, Jacopo Massari, Gabriele Nelli, Giacomo Raffaelli və Luigi Randazzo – hər iki komandada yer alıb.
Hələ öz klublarında oynadıqları üçün İtaliyanın iki məşhur oyunçusu – Simone Parodi və Osmany Juantorena – siyahıya daxil edilməyib. Parodi və Juantoenanın bu yay hansı yarışlarda iştirak edəcəyi hələ bilinmir.
"Qərar qəbul edən zaman hər bir oyunçunun iştirak imkanı və milli komandada oynamaq istəyi nəzərə alınıb" - deyə cənab Berruto açıqlama verib.
O, əlavə edib ki, hər iki komandanın hazırlanmasında eyni prinsip əsas götürülüb: "Bizim işimizin əsasında təkcə nəzəriyyə və fəlsəfə deyil, eyni zamanda, dəqiq texniki mülahizələr, aydın oyun üslubu dayanır".
Cənab Berruto bildirib ki, Avropa Oyunlarının Dünya Liqası ilə eyni vaxta təsadüf etməsi fonunda hər iki siyahıda olan oyunçuların sayını azaltmaq istəyir. O, əlavə edib:
"Mən aydın şəkildə bəyan etmək istəyirəm ki, hər bir oyunçunun qarşısında duran çağırışları nəzərə almaqla hamımız birgə çalışacağıq".
Cənab Beruttonun Bakı 2015-ə gətirmək istədiyi oyunçuların siyahısı və təmsil etdikləri komandaların adları aşağıda verilib:
Fabio Balaso, Tonazzo Padova
Thomas Beretta, Sir Safety Perugia
Luca Borogogno, Calzedonia Verona
Elia Bossi, Exprivia Nel Diritto Molfetta
İacopo Botto, Vero Volley Monza
Enrico Diamantini, B-Chem Potenza Picena
Marco Falaschi, Trefl Gdańsk - Polşa
Michele Fedrizzi, Energy T.I. Trento
Pasquale Gabriele, Cmc Ravenna
Marco Izzo, Caffe Aiello Corigliano
Jacopo Massari, Copra Piacenza
Daniele Mazzone, Altotevere Citta di Castello
Tiziano Mazzone, Energy T.I. Trento
Sebastiano Milan, Tonazzo Padova
Gabriele Nelli, Energy T.I. Trento
Pier Paolo Partenio, B-Chem Potenza Picena
Nicola Pesaresi, Calzedonia Verona
Alessandro Preit, Revivre Milano
Giacomo Raffaelli, Club Italia
Luigi Randazzo, Altotevere Citta di Castello
Fabio Ricci, Cmc Ravenna
Luca Spirito, Exprivia Nel Diritto Molfetta
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu