Kubok dünya turnesində
Bizi izləyin

İdman

Kubok dünya turnesində

Kubok dünya turnesində

Kubok dünya turnesində

DÇ-2014-ün qalibinə veriləcək kubok azarkeşlərə göstərilmək üçün dünya turnesinə çıxarılıb. Publika.az xəbər verir ki, kubok İtaliyaya aparılıb. Mükafat mundial başlayana kimi 89 ölkəyə aparılacaq. İtaliyada kubokun qarşılanma mərasimində paytaxt Romanın bələdiyyə başçısı Marino, DÇ-1982-ni qazanan İtaliya millisinin oyunçusu Antonio Kabrini və 2006-cı ildə çempion olan Canluka Zambrotta ilə Cennaro Qattuzo da iştirak ediblər.

Qeyd edək ki, İtaliyadan sonra Xorvatiyada nümayiş olunacaq kubok 25-27 fevralda Türkiyəyə gətiriləcək.

Qızıl və malaxitdən hazırlanmış kubokun ağırlığı 4.9 kq-dı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm