Bakı 2015: Növbəti təqdimat Belçikada olacaq
Bizi izləyin

İdman

Bakı 2015: Növbəti təqdimat Belçikada olacaq

Brüsseldə Bakı 2015-in təqdimatı keçiriləcək.

Publika.az xəbər verir ki, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov Belçikanın paytaxtı rəsmi səfərə yola düşüb. “Egmont” Sarayında baş tutacaq qala-gecədə Azad Rəhimov, BOK-un eks-prezidenti Jaqq Rogge, Belçika Olimpiya komitəsinin prezidenti Pierre-Olivier Bekkers və Avropa Parlamentinin vitse-prezidentinin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı-2015 Avropa oyunlarına hazırlıqla bağlı video-çarx və foto sərgi nümayiş olunacaq. Səfərin ikinci günü, 15 aprel tarixində isə Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi Avropa parlamentində gerçəkləşəcək. Mərasimdə nazir Azad Rəhimov, Avropa Parlamentinin üzvü İlham Kuçuk, Azərbaycanın Belçika krallığındakı səfiri Fuad İsgəndərov, Avropa Parlamentinin üzvü Mark Tarabella və Avropa Parlamentinin bir sıra üzvləri və digər rəsmi şəxslər iştirak edəcək.

Dəyirmi masa ətrafında keçiriləcək təqdimat mərasimidə Bakı-2015 Avropa oyunları ilə yanaşı, Azərbaycan və Avropa Parlamenti arasında əlaqələrin möhkəmləndirilməsi, gənclər sahəsində yeni layihələrin işlənilməsi, müxtəlif sahələrdə əldə edilmiş razılıqlar əsasında yeniliklərin əldə olunması və digər mövzular müzakirə olunacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm