ÇL-in ən “qocaman” oyunçusu – Kasilyas
Bizi izləyin

İdman

ÇL-in ən “qocaman” oyunçusu – Kasilyas

Çempionlar Liqasının 1/4 final mərhələsinin "Atletiko" - "Real" oyununda (0:0) qonaqların qapısını qoruyan İker Kasilyas adıçəkilən turnirdə ən çox oyun keçirən futbolçu ünvanına yiyələnib.

Publika.az xəbər verir ki, 33 yaşlı qapıçı qitənin ən nüfuzlu klub turnirində 147-ci matçına çıxıb.

"Barselona"nın yarımmüdafiəçisi Xavi bu gün keçiriləcək PSJ ilə matçda meydana çıxacağı təqdirdə bu turnirdə oyun sayını "Real"ın qolkiperi ilə bərabərləşdirəcək.

İker Kasilyas Çempionlar Liqasında 1999/00 mövsümündə debüt edib. Qolkiper 1999/00 mövsümünün qrup mərhələsində səfərdə Yunanıstan "Olimpiakos"u ilə matçda bu turnirdə ilk oyununa çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm