Yeni müqavilə - həftəyə 350 min avro
Bizi izləyin

İdman

Yeni müqavilə - həftəyə 350 min avro

Yeni müqavilə - həftəyə 350 min avro

“Mançester Yunayted”in futbolçusu Ueyn Runi komandası ilə müqaviləni yeniləyib. Belə ki, o, müqaviləsini 2019-cu ilə qədər artırıb.

Publika.Az xəbər verir ki, futbolçu karyerasını bitirdikdən sonra klubun rəsmi elçisi postunu da tutacaq.

Müqavilə imzalandıqdan sonra Runi komandada qalmaqdan məmnunluq duyduğunu və azarkeşlərə minnətdarlığını bildirib.

Yeni müqaviləyə əsasən forvardın həftəlik məvacibi 350 min avro olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm