• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Olimpiadanın 4 faktı-Sirr, sevinc, kədər və bədbəxtlik - FOTOLAR

  • İdman
  • 24 Fevral 2014 10:44
  • 639 Baxış
Olimpiadanın 4 faktı-Sirr, sevinc, kədər və bədbəxtlik  - FOTOLAR

Soçi Olimpiadası başa çatdı. İndi dünya mətbuatı Olimpiadanın nəticələrini, baş verən olayları təhlil edir. Publika.az xəbər verir ki, dünyanın məşhur mətbuat orqanları Soçi Olimpiadası ilə bağlı 4 faktı qabardıblar-sirr, sevinc, kədər və bədbəxtliyi.

Spiegel qəzeti: “Soçidə Olimpiya oyunlarının keçirilməsi fikri Putinə məxsus deyil.”

Putin fəxr edir ki, subtropik iqlimdə qış Olimpiya oyunlarının keçirilməsinə nail olub. Lakin əslində bu fikir xizək yarışı üzrə məşqçi olan sadə sovet qadınına məxsusdur. Demək olar yarım əsrdir ki, o, öz arzusu uğrunda mübarizə aparıb.

1960-cı illərdə Svetlana Quryeva xizəkçilik məktəbinin direktoru, həyat yoldaşı isə xizək idmanı üzrə məşqçi olublar. O zaman onlar xidmət üçün Elbrusa göndərildilər. Elbrus Sovetlər İttifaqının dağ xizəkçiliyi üzrə ən məşhur yerdir . Bundan əlavə, sürüşmə və qar uçqunları istisna olarsa, Elbrus dağlarında hava şəraiti sakit keçir. Bu gün bu kəndin adı bütün dünyada məşhurdur. O zaman isə yalnız xizək həvəskarları bu kəndin adını bilərdilər: Qırmızı Tala.

Yerli əhali deyir ki, bu yerlərdə yalnız ağılsız insan xizək sürə bilər. Buradakı qar çox yapışqan olur. Buna baxmayaraq, Quryeva dünyada ən möcüzəli yer kimi Aibqa massivində qar yamacını əlverişli yer kimi tapdı. İndi orada Olimpiya yarışları çərçivəsində keçirilən “Qərənfil Xutor” nüfuzlu dağ xizəkçiliyi kurortu yerləşir. Yarım əsr bundan əvvəl bu haqda fikir sadəcə ağılsızlıq idi.

O vaxtı Quryeva deyib: “Əgər Sovetlər İttifaqı qış Olimpiya oyunlarının keçirilməsi hüququnu alsa, yalnız Qırmızı Tarla və Soçidə keçirə bilər. 45 illik intizardan sonra “Fişt” stadionunda oyunların açılış mərasimində iştirak edən Quryevanın keçirdiyi hissləri sözlə ifadə etmək olarmı? Gülümsəyərək deyir: “Yox, mümkün deyil”. 7 yanvarda Svetlana Quryevanın 80 yaşı tamam oldu. Lakin səsində hələ də qətiyyətlilik var.

İsport: “Ukraynanın idman tarixində ən vacib qələbə”

Ukrayna mətbuatı qeyd edir: “ İdman zəfərlərinin iri ictimai-siyasi əhəmiyyət daşıması artıq müasir tarixdə bir neçə dəfə sübut olunub. Son günlərdə Ukrayna yığmasının Soçini tərk etməsinin vacibliyi haqqında şayiə və söhbətlər gedirdi. Dağ xizəkçisi Boqdana Matsetskaya bu qərarla razılaşdı, lakin biatlonçular başqa cür addım atdılar. Onlar nəyə getdiklərini bilirdilər, onların tarixi şansı yaranmışdı.

Bu gün 4 biatlonçunun bütün suallara cavab verməsi üçün əla imkanları var: BOK-un etirazlarına baxmayaraq, Ukraynada baş verən faciəvi hadisələrə görə, ukrayna idmançılarının matəm əlaməti olaraq bağladıqları qara bağla qazandığı gözəl qələbə vətənlərinə həsr olundu. Elə yarışlar var ki, onu nəyin bahasına olursa olsun qazanmalısan. Bu estafet yarışı məhz belə idi. Qadın yığma komandası nəinki əhəmiyyətli qələbəyə nail oldu, həmçinin, Ukrayna idman tarixində çox vacib qələbəni qazandı.

Ölkədə belə qarmaqarışıqlığın yarandığı vaxtda hər kəsə mehriban, əsil və həqiqi nağıl lazım idi. Soçidə Ukrayna biatlon yığmasının çıxışı çətinliksiz, söz-söhbətsiz keçinmədi, lakin yekun hamıya bəllidir. Ukrayna idmançılarının beynəlxalq arenada uğurlu çıxışları ölkəyə siyasətçilərimizdən çox xeyir gətirir. Pidqruşnaya və həmkarları göstərdilər ki, hətta çiyində silah olarkən də insanlara sevinc gətirə bilərsən.”

Telegraph: “Eliza Kristinin yolunun üstündən qara pişik keçib”

Eliza Kristinin faciəvi tarixi britaniya kütləvi informasiya vasitələrinin diqqətindən yayınmadı. Şənbə günü şotlandiyalı yarımfinalda 1000 metr qaçışda yıxılaraq özünü Soçi medalını qazanmaq şansından məhrum etdi. Bundan əvvəl isə idmançı 500 metrin finalında yarışdan uzaqlaşdırılmışdı. 1 həftə əvvəl ünvanına səslənən təhqirlərə görə “Twitter” hesabını ləğv etdi.

Telegraph qəzeti yazır: “Bir çoxları deyəcək ki, oyunlarda məğlubiyyətin müəllifi məhz Kristi özüdür və düz də deyəcəklər. Yəqin sizin tamamilə daş qəlbiniz var ki, başqasının bədbəxtliyinə sevinirsiniz. Siz gərək onun dözümlülüyünə fəxrlə yanaşmalısınız. Kristi deyib: “Mənim psixoloqum deyir ki, uğur qayıdacaq”.”

Bild: “Hər çeydə Çin batonları günahkardır”

Alman idman dünyasında Yeva Zaxenbaxer-Ştelin dopinq testinin müsbət cavabı əsil şok effekti yaratdı. Biatlonistin özü də heyrət və təəccüb içində idi.

Zaxenbaxer-Ştele deyib: “Mən həyatımın ən dəhşətli anını yaşadım. Mən izah edə bilmirəm ki, nəyə əsasən dopinq testi müsbət çıxdı.” Alman yığmasında hesab edilir ki, buna səbəb çin istehsalı olan batonlardakı qida əlavələri olub. Hər halda, Almaniya Biatlon Federasiyası hadisə barəsində öz daxili axtarışlarını davam etdirəcək.

Biatlonçu Andreas Birnbaxer bu olayla bağlı deyib: “Mən bu dünyanı anlaya bilmirəm və bunun hələ də pis zarafat olduğunu güman edirəm.”

Bu vaxta qədər yalnız bir alman idmançı dopinq qalmaqalına görə Qış Olimpiya oyunlarından uzaqlaşdırılıb. 1992-ci il Sapporo Qış Olimpiadasında xokkeyçi Alais Şloderin qanından efedrin tapılıb.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR