Olimpiya çempionunun mülkü əlindən alınır
Bizi izləyin

İdman

Olimpiya çempionunun mülkü əlindən alınır

Olimpiya çempionunun mülkü əlindən alınır

Moskva şəhərinin rəhbərliyi olimpiya çempionu Yevgeni Plyuşenkonun sahibi olduğu firmanı məhkəməyə verib.

Publika.az xəbər verir ki, fiqurlu konkisürənə və dostlarına məxsus olan “AFK Holdinq Qrup” MMC Moskva büdcəsindən 23 milyon rubl borc götürüb və qaytarmayıb. Şəhər rəhbərliyi pulun geri qaytarılması üçün məhkəməyə müraciət edib.

“AFK Holdinq Qrup” MMC şirkəti “Sofiya” kinoteatrını idarə edir. Firma kinozal, boulinq-klub, bar, gecə klubu, restoran və bilyard klubunun yerləşdiyi binanı icarəyə verib. Şəhər rəhbərliyi məhkəmədə kinoteatrın Plyuşenkonun firmasından alınması üçün iddia qaldırıb.

Qeyd edək ki, “AFK Holdinq Qrup” şirkəti 2001-ci ildə qeydiyyatdan keçib. Bununla yanaşı, Plyuşenkonun həyat yoldaşı Yana Rudkovskaya ərinin “AFK Holdinq Qrup” şirkətinin təsisçisi olmadığını bildirib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm