Diqqət, Nyonda püşk atılacaq
Bizi izləyin

İdman

Diqqət, Nyonda püşk atılacaq

Bu gün futbol ictimaiyyətinin diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək.

Publika.az xəbər verir ki, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqası və Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Ənənəvi olaraq, əvvəlcə qitənin ən nüfuzlu klub turnirində yarımfinalçılar rəqiblərini tanıyacaq. 1/4 final mərhələsini adlayan qitə nəhəngləri yarımfinaldakı rəqiblərinin adlarını kor püşkdən sonra biləcək. İspaniyanın “Real” və “Barselona”, Almaniyanın “Bavariya” və İtaliyanın “Yuventus” klubları final yolundakı son rəqibini tanıyacaq.

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 5-6 və 12-13-də keçiriləcək. Həlledici oyun isə iyunun 6-da Berlindəki "Olimpiya" stadionunda baş tutacaq.

Daha sonra qitənin 2-ci dərəcəli klub turniri hesab olunan Avroliqada da mübarizəni davam etdirən 4 klubun növbəti rəqibləri bəlli olacaq.

Burada da kor püşk final ərəfəsindəki son cütləri müəyyənləşdirəcək. Ukraynanın “Dnepr”, İspaniyanın “Sevilya”, İtaliyanın “Napoli” və “Fiorentina” klubları iki cüt təşkil edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Polşanın paytaxtı Varşavanın Milli stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm