“Çelsi”nin üzvü ilin ən yaxşı oyunçusu seçildi
Bizi izləyin

İdman

“Çelsi”nin üzvü ilin ən yaxşı oyunçusu seçildi

“Çelsi”nin belçikalı yarımmüdafiəçisi Eden Hazard İngiltərədə 2014/2015 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Publika.az xəbər verir ki, Peşəkar Futbol Assosiasiyasının keçirdiyi sorğuda 24 yaşlı oyunçu bütün rəqiblərini qabaqlayıb.

Keçən mövsüm bu nominasiyada Luis Suaresə uduzan Hazard bu dəfə istəyinə çatıb.

İngiltərədə mövsümün ən yaxşı gənc futbolçusu adına isə “Tottenhem”in üzvü Harri Keyn layiq görülüb.

Assosiasiya “Liverpul”un kapitanı Stiven Cerrard və “Mançester Siti”nin yarımmüdafiəçisi Frenk Lempardı da unutmayıb. Hər iki təcrübəli xavbekə futbola xidmətlərinə görə mükafat təqdim edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm