İdman
Hakan Şükürün başı dərddə - İstintaqa cəlb olundu
Türkiyədə ara qarışıb. Hakim Mətin Özçelik və Mustafa Başerə təzyiq etdikləri iddia olunan 20 vəkil haqqında aparılan istintaqın qaranlıq məqamları üzə çıxıb.
Publika.az xəbər verir ki, 20 vəkil haqqında açılan istintaqa CHP millət vəkili Mahmud Tanal və “Qalatasaray”ın əfsanəvi futbolçusu olmuş Hakan Şükür də cəlb edilib. Türkiyə mətbuatının yazdığına görə, "Mütəşəkkil şəkildə səlahiyyətli şəxslərə təzyiq" və "Təşkilat üzvü olmaq" iddiası ilə başlanan istintaqda kamera qeydləri araşdırılıb. Bu zaman Mahmud Tanal ilə Hakan Şükürün hadisə baş verən gecə polis bölməsinə gəldiyi aşkar olunub.
Hər iki millət vəkili haqqında istintaq materiallarının Türkiyə Böyük Millət Məclisinə təqdim ediləcəyi bildirilir.
Xatırladaq ki, aprelin 25-də “Paralel dövlət”in 75 üzvünü məhkəmə qərarı ilə azad etmək istəyən 20 vəkil prokuror Orxan Güldikərin otağına girib. Məhkəmənin həmin şəxslər barəsində qərar çıxardığını deyən vəkillər prokurordan bunu təsdiq etməsini tələb ediblər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu