• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

"Tour d`Azerbaidjan"da 36 ölkənin velosipedçiləri mübarizə aparacaq

  • İdman
  • 5 May 2015 18:24
  • 293 Baxış
"Tour d`Azerbaidjan"da 36 ölkənin velosipedçiləri mübarizə aparacaq

Mayın 6-da start götürəcək "Tour d`Azerbaidjan" yürüşündə 36 ölkənin velosipedçiləri mübarizə aparacaq.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə yarışın direktoru Albrext Röder açıqlama verib.

A.Röder bildirib ki, bu, ötənilki veloyürüşlə müqayisədə rekorddur: "Bu dəfə daha 3 ölkənin velosipedçisi mübarizə aparacaq. İndoneziya, Laos kimi ekzotik ölkələr də yürüşdə yer alacaqlar. Ən çox təmsilçi - 9 nəfər Hollandiyadan olacaq".

Direktorun fikrincə, İtaliya və Hollandiya komandalarının yaxşı şansları var, Azərbaycan klubu "Sinergy Baku" da çox həvəsli olacaq.

A.Röder marşrutdakı yeniliklərdən də danışıb: "Marşrutda çox maraqlı yeniliklər var. 4-cü mərhələ - 205 km olacaq və Qəbələdən Pirquluya yox, Mingəçevirədək davam edəcək. Dövlət qurumları da lazımi dəstəyi veriblər. Mütəşəkkil, təhlükəsiz yarışın şahidi olacağıq. 5-ci mərhələ isə Avropa Oyunlarının şosse yarışını təkrarlayacaq ki, bu da çox gözəl sınaq olacaq. Bu marşrutda qatarların hərəkəti lazım gəlsə, qısa müddət ərzində dayandırılacaq. İsmayıllı yolundakı enişlərdə müəyyən problemlər olsa da, bizə çətinlik yaradacağını düşünmürəm. Çünki hazırda yolun təmiri başa çatdırılmaq üzrədir".

Qeyd edək ki, sabah startı veriləcək veloyürüşə mayın 10-da yekun vurulacaq. İştirakçılar 5 mərhələli yürüşdə üst-üstə 867 km məsafə qət edəcəklər. İştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutları üzrə, mayın 10-da isə paytaxt küçələrində (144 km) hərəkət edəcəklər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR