FHN-nin qurumları arasında idman yarışları keçirilib
Bizi izləyin

İdman

FHN-nin qurumları arasında idman yarışları keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə idman-sağlamlıq klubu və FHN işçiləri həmkarlar ittifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında mini-futbol çempionatı keçirilib.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, çempionatda iştirak edən komandaların üzvləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının stadionlarında keçirilən çempionatda 21 komanda iştirak edib. Yarımfinalda Maddi-Texniki Təchizat İdarəsinin idmançıları Mülki Müdafiə Qoşunlarının komandası 3:2 hesabı ilə məğlub edib. Dövlət Yanğından Xilasetmə Xidmətinin təmsilçiləri isə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandasına 2:1 hesabı ilə qalib gəlib. Final qarşılaşmasında Maddi-Texniki Təchizat İdarəsinin komandası rəqiblərinə 4:1 hesabı ilə qalib gələrək çempion olub.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Elçin Məmmədov, ən məhsuldar hücumçusu Elvin Şükürov, ən yaxşı qapıçısı isə Zahir Məmmədov olub.

Yüz və min metr məsafəyə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar. Komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri FHN-in Akademiyası, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandaları tutublar. Şəxsi göstəricilərə görə Yevgeniy Kasilov (DYMX), Elmir Hüseynov (Gəncə Regional Mərkəzi) və Rəşad Kəsəmənli (FHN-in Akademiyası) müvafiq olaraq birinci, ikinci və üçüncü pilləyə yüksəliblər.

Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

FHN-in idman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev və nazirliyin həmkarlar ittifaqının sədri Mehman İsmayılov hər ay keçirilən yarışların mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm