Qullit, Zidan, Ronaldo və Maldini eyni komandada
Bizi izləyin

İdman

Qullit, Zidan, Ronaldo və Maldini eyni komandada

Qullit, Zidan, Ronaldo və Maldini eyni komandada

90-cı illərin möhtəşəm “Milan”ında birgə çıxış etmiş Rud Qullit və Paolo Maldini yenidən eyni komandanın şərəfini qoruyacaqlar.

Publika.az xəbər verir ki, əfsanəvi futbolçular bu dəfə xeyriyyə matçında çıxış etmək üçün meydana çıxacaqlar.

Görüş UEFA-nın bayrağı altında bu gün saat 23:00-da İsveçrənin Bern şəhərində keçiriləcək.

Görüşdə BMT-nin səfirləri olan Ronaldo və Zidan da iştirak edəcək. Ronaldo və Zidanın dostları “Yanq Boyz” və dostları ilə üz-üzə gələcək.

Görüşdən əldə olunan vəsait Filippində qasırğadan zərər çəkən insanlara yardım fonduna köçürüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm