Hakimin ağzını yumdular
Bizi izləyin

İdman

Hakimin ağzını yumdular

Bir neçə gün öncə Çempionlar Liqasının finalına təyinat alan türkiyəli FİFA referisi Cüneyt Çakıra UEFA-dan qadağa gəlib.

Publika.az xəbər verir ki, Avropanın ali futbol qurumu türkiyəli hakimə “Barselona” - “Yuventus” matçınadək danışmağı yasaqlayıb.

Buna səbəb hakimin adıçəkilən oyuna təyinatı açıqlandıqdan sonra ona qarşı hədsiz diqqətin yaranmasıdır. Belə ki, Türkiyədəki saysız mətbuat orqanları Çakırdan müsahibə almaq üçün türkiyəli referinin mobil telefonuna gün ərzində dayanmadan zəng edirlər. Məhz buna görə də, UEFA türkiyəli hakimə final oyununadək mətbuatla əlaqə yaratmamağı tapşırıb.

“Barselona” və “Yuventus” arasında baş tutacaq final oyunu iyunun 6-da Berlinin “Olimpiya” stadionunda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm