İdman
Durdu, durdu, mövsümün sonunda coşdu
Azərbaycan Premyer Liqasının 35-ci turunda 2014/15 mövsümünün ilk pokeri qeydə alınıb.
Publika.az xəbər verir ki, AZAL-ın futbolçusu Freddi Mombonqo “Simurq”la qarşılaşmada (5:0) 4 qola imza atıb. Ölkə çempionatlarında sonuncu belə hadisə 2012/13 mövsümündə qeydə alınmışdı.
3 pokerin qeydə alındığı həmin çempionatdan sonra heç bir futbolçu bir matçda 3-dən artıq qol vurmamışdı. Sonuncu pokerin müəllifi isə Pərdis Fərcad-Azad olub. 802 gün əvvəl – 2013-cü il martın 11-də baş tutan “Sumqayıt” – “Turan” görüşündə (4:0) bütün qolları Pərdis vurmuşdu.
Mombonqo Azərbaycan milli çempionatlarının 23 illik tarixinin 7-ci pokerinin müəllifi olub. Afrikalı legioner AZAL-ın Premyer Liqada 2-ci pokerinə imza atıb. 978 gün əvvəl, elə 2012/13 mövsümündə Junior Nildo “Qarabağ”la görüşün qəhrəmanı olmuşdu. 2012-ci il sentyabrın 16-dakı matçda bakılılar 6:2 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, ölkə çempionatları tarixində bir futbolçu 8 dəfə 5, 1 dəfə 6, 2 dəfə 7 qola imza atıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu