Olimpiya mükafatçımız hər kəsi təəssüfləndirdi
Bizi izləyin

İdman

Olimpiya mükafatçımız hər kəsi təəssüfləndirdi

Olimpiya mükafatçımız hər kəsi təəssüfləndirdi

Moskvada baş tutan 10 m məsafəyə atəş açma üzrə Avropa çempionatı millimiz üçün tez başa çatıb.

Belə ki, yarışa 8 snayperlə qatılan güllə atıcılığı üzrə milli komandamız turnirdə uğurlu nəticə qazana bilməyib.
Yalnız pnevmatik tapançadan atəş açma yarışlarında iştirak edən komandamızın heyətində ən yaxşı nəticəni Ruslan Lunyov göstərib.

Təmsilçimiz 579 xalla 9-cu yerdə qərarlaşıb. 576 xalla Rəsul Məmmədov isə 15-ci pillə ilə kifayətlənib. Millimizin ən təcrübəli üzvlərindən olan olimpiya mükafatçımız İradə Haşımova isə 374 xalla 31-ci yerdə qərarlaşıb.

Nərminə Səmədova və Urfan Axundov Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib.

Axundov 550 xalla 52-ci olub. O, yeniyetmələrin yarışını isə 29-cu yerdə başa vurub. Ən aşağı yaş qrupunda yarışan Elvin Astanov da özünü doğrultmayıb – 43-cü yer (555xal).

Nərmin Abbaslı və Leyla Mirzəzadənin adları qeyri-müəyyən səbəblərdən yarışın protokolunda yer almayıb.

Məlumat üçün bildirək ki, çempionat bu gün başa çatır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm