"Azərbaycanda yalnız yüksək maaşa oynayaram"
Bizi izləyin

İdman

"Azərbaycanda yalnız yüksək maaşa oynayaram"

"Avropanın yaxşı klublarından sərfəli təkliflər almışam. Baxaq, görək necə olacaq. Ukraynada yalnız üç komandanın təklifini qəbul edərəm".

Bu sözləri Ukraynanın "Volın" klubunun futbolçusu Erik Bikfalvi deyib.

Ukrayna mətbuatına danışan 27 yaşlı rumıniyalı yarımmüdafiəçisi Azərbaycanda yalnız yüksək maaşa oynaya biləcəyini vurğulayıb: "Menecerimə dərhal söylədim: Azərbaycan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərində yalnız böyük məbləğdə maaşa oynayaram. Əks təqdirdə bu ölkələrin klubları mənə maraqlı deyil. Çünki həmin ölkələrə getsəm, milli komandadan uzaq düşəcəm".

Qeyd edək ki, 2012-ci ildən "Volın"da çıxış edən Bikfalvi keçirdiyi 76 oyunda 27 qol vurub.

qol.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm