Azərbaycanlı atlet “Rio 2016”-ya lisenziya qazandı
Bizi izləyin

İdman

Azərbaycanlı atlet “Rio 2016”-ya lisenziya qazandı

Azərbaycanı təmsil edən Hanna Skida 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək yay olimpiya oyunlarına lisenziya qazanıb.

Publika.az xəbər verir ki, 23 yaşlı xanım idmançımız atletikanın çəkicatma növündə olimpiya lisenziyası əldə edib.

Hanna Moldovanın açıq çempionatında çəkici 72,31 metr məsafəyə atmaqla olimpiya normativini yerinə yetirib.

Bununla da, Skidan Braziliyada çıxış etmək üçün lisenziya qazanan üçüncü idmançımız olub. Ona kimi kişilərin çəkicatma yarışında uğur qazanan Dmitri Marşin və boksçu Albert Səlimov (60 kq) olimpiadaya lisenziya əldə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm