Muarem Muarem “Əskişəhərspor”da!
Bizi izləyin

İdman

Muarem Muarem “Əskişəhərspor”da!

"Qarabağ"ın artıq sabiq futbolçusu sayılan Muarem Muarem "Əskişəhərspor"la münasibətlərini rəsmiləşdirib.

Publika.az xəbər verir ki, makedoniyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Bu gün “Əskişəhərspor”un bazasında baş tutan imzalanma mərasimində klubun vitse-prezidenti Ahmet Yalçın Muaremi hələ qış fasiləsində almaq istədiklərini, lakin keçidin baş tutmadığını xatırladıb.

27 yaşlı futbolçu isə "Əskişəhərspor"da uğur qazanmaq istədiyini bildirib:

"Qış fasiləsindən bəri bu komandanın bütün oyunlarını izləyirəm. Buraya gəldiyim üçün xoşbəxtəm".

Qeyd edək ki, Muarem Muarem əvvəllər "Orduspor" (Türkiyə), "Teteks", "Rabotniçki" (hər ikisi Makedoniya) klublarında çıxış edib. O, Makedoniya milli komandasının heyətində 11 oyuna 4 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm