Bundesliqanın ən yaxşıları “canavar” və “ayğır” oldu
Bizi izləyin

İdman

Bundesliqanın ən yaxşıları “canavar” və “ayğır” oldu

Almaniya Bundesliqasında 2014/15 mövsümünün ən yaxşıları müəyyənləşib.

Publika.az xəbər verir ki, Bundesliqada oynayan futbolçular arasında keçirilən sorğuya əsasən, “Volfsburq”un yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün ən yaxşı oyunçusu seçilib. O, səslərin 52,5 faizini toplayıb.

“Canavarlar”ın belçikalı futbolçu başa çatan mövsümdə oynadığı 34 matçda 10 qol vurub, 21 qolun ötürməsini verib.

Mövsümün ən yaxşı baş məşqçisi isə Münhenqladbax “Borussiya”sının çalışdırıcısı Lüsyen Favr seçilib. “Ayğırlar” Bundesliqanın bürünc mükafatçısı olub və Çempionlar Liqasına vəsiqə qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm