İdman
Azərbaycanın aktivində 13 medal var - CƏDVƏL
İlk dəfə Bakıda düzənlənən I Avropa
Oyunlarının 3-cü günündə 9 növ üzrə yarışlar keçirilib. Bu gün 11
dəst medal sahibinə çatıb.
Axar.az xəbər verir ki, komandamız ən
çox medal qazanan ölkələr sırasında ilk pillədədir. Millimiz ötən
gündən fərqli olaraq medalların əyarına görə də liderdir. İkinci
sırada Rusiya 5 qızıl, 2 bürünc medalla qərarlaşıb. İlk üçlükdə
olan qardaş ölkə Türkiyə 4 qızıl, 2 gümüş, 6 bürünc aktivinə
yazıb.
14 iyun
Güləş:
Millimizin heyətində Elvin Mürsəliyev çempion olub, Sabah Şəriəti ikinci, Həsən Əliyev üçüncü yeri tutub.
Karate:
Karate üzrə millimizin heyətində Ayxan Mamayev, İrina Zaretska qızıl medalı komanda aktivinə yazdırmağı bacarıb.
Triatlon:
Rostislav Pevtsov da yarışların 3-cü günü komandamızın medal sayını artırıb. O bürünc medalla kifayətlənməli olub.
13 iyun
Karate:
Həmyerlimiz Rafael Ağayev İtaliya idmançısı Luiqi Busa ilə
qarşılaşıb. Qələbə çalan həmyerlimiz qızıl medala sahib olub.
***
Azərbaycanlı idmançı Firdovsi Fərzəliyev özünün italiyalı rəqibini
4:0 hesabı ilə məğlub edərək, qızıl medalın sahibi olub.
***
Bürünc medal uğrunda 55 kq çəkidə azərbaycanlı idmançı İlahə
Qasımova və İspaniya təmsilçisi Qarsia Ferrer 5:2 hesabıyla məğlub
edərək bürünc medalın sahibi olub.
***
Azərbaycanlı idmançı Niyazi Əliyev özünün
almaniyalı rəqibini 3:1 hesabı ilə məğlub edərək bürünc medalın
sahibi olub.
Güləş:
Yunan-Roma güləşi üzrə 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul
Çunayev finalda macar güləşçi Korpası Balintlə görüşüb və 3-1
hesablı qələbə əldə edərək qızıl medala sahib çıxıb.
***
Yunan-Roma güləşi üzrə 80 kq çəki dərəcəsində güləşçimiz Rafiq
Hüseynov finalda rus güləşçi Yevgeni Saleyevə məğlub olaraq gümüş
medal qazanıb.
***
Yunan-Roma güləşi üzrə 98 kq çəki dərəcəsində güləşçimiz Orxan
Nuriyev bürünc medal uğrunda türkiyəli güləşçi İldem Cenkə məğlub
olub və komanda aktivinə medal yazdıra bilməyib.
***
Elman Muxtarov erməni güləşçini 4-1 hesabı ilə məğlub edərək bürünc
medal əldə edib.
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO