Çempion Prezidentə dediklərini açıqladı - VİDEO
Bizi izləyin

İdman

Çempion Prezidentə dediklərini açıqladı - VİDEO

İlk Avropa Oyunlarında güləş üzrə 71 kq çəki dərəcəsində qızıl medal qazanmış pəhləvanımız Rəsul Çunayev "Xəzər Xəbər"ə müsahibə verib. O, qalibiyyətlə bağlı hisslərini bölüşüb, həmçinin hər qalibiyyətdən sonra etdiyi jestlər barədə bizə danışıb. Təbii ki, Rəsulun mukafatlandırma zamanı Prezident İlham Əliyevlə dialoqu ilə bağlı sualımız da oldu. Cavabı xəbərimizdə.

Macar rəqibi Balint Korpasinin üzərində 4:2 hesabla qələbə qazanaraq, qızıl medala sahib çıxan Rəsul Çunayevin mükafatlandırılıması zamanı hər kəsin diqqətini bir məqam çəkib. Rəsul Prezident İlham Əliyevlə səmimi qucaqlaşaraq, ona nə isə deyir.

Güləşçimiz dövlət başçısına dediklərini bizimlə bölüşüb. Dövlət başçısının onu təbrik edərək, gələcək yarışlarda ona uğurlar arzu etdiyini deyən Rəsul, ''Bəs gələcək yarışlarla bağlı prezidentə söz vermisənmi'' sualına belə cavab verdi. Bir dəfə azərkeşlərini rəqslə çoşduran, daha sonra isə əsgər salamı ilə diqqət çəkən Rəsul Çunayev 1 aydan sonra əsgərliyi başa vuracaq.

Bəs 24 yaşlı idmançımız gələcək yarışlarda azərkeşləri təəccübləndirmək üçün nə kimi yenilikləri düşünür?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm