İdmançımız göz yaşlarını saxlaya bilmədi - FOTO
Bizi izləyin

İdman

İdmançımız göz yaşlarını saxlaya bilmədi - FOTO

Bu gün Bakı-2015 Avropa Oyunlarında taekvondoçuların mübarizəsinə start verilib.

58 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov bürünc medal uğrunda mübarizə aparıb.

Belçika idmançısı Si Ketbi ilə baş tutan döyüş çox gərgin keçib. Üç raund başa çatsa da hesab 4:4 olub. Əlavə raund elan edilib. M.Məmmədov bu raundda 1:0 hesabı ilə məğlub olub. İdmançımız meydanda gözyaşını saxlaya bilməyib.

Qeyd edək ki, gənclər arasında Avropa çempionu M.Məmmədov ilk görüşündə israilli Gili Haimovitslə gücünü yoxlayıb. Yeniyetmələrin dünya birinciliyinin gümüş medalçısı rəqibinə çətin anlar yaşadaraq, layiqli qələbə qazanıb.

Haimovitsə 7:4 hesabı ilə qalib gələn həmyerlimiz 1/4 finalda ispaniyalı Xesus Tortosa Qabrera ilə qüvvəsini sınayıb. Qarşılıqlı hücumlar şəraitində keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb. 2014-cü ildə Bakıda Avropa çempionatının bürünc medalını qazanan Qabrera 8:3 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm