Medal qazanan idmançılarımızın Silahlı Qüvvələr Gününü - FOTO
Bizi izləyin

İdman

Medal qazanan idmançılarımızın Silahlı Qüvvələr Gününü - FOTO

İyunun 26-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təşkil edilən növbəti “Zəfər günləri” tədbirində birinci Avropa Oyunlarında medal qazanan idmançılarla ənənəvi görüş keçirilib.

Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Olimpiya çempionu Fərid Mansurov, idmançılar və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Çingiz Hüseynzadə bu günün xüsusi əhəmiyyət kəsb etdiyini və ikiqat zəfər günü olduğunu deyib. Silahlı Qüvvələr Günü münasibətilə ictimaiyyəti təbrik edən MOK-un vitse-prezidenti idmançılarımıza uğurlar arzulayıb. Bildirilib ki, birinci Avropa Oyunlarının 14-cü günündə atletlərimiz 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmaqla Azərbaycan millisinin aktivinə daha 6 medal əlavə ediblər. Beləliklə, aktivində 15 qızıl, 13 gümüş və 19 bürünc medal olan Azərbaycan ikinci sıradakı mövqeyini daha da möhkəmləndirib.

Xalqımızın bir gündə iki bayram sevincini yaşadığını vurğulayan Hadı Rəcəbli tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasıbətilə təbrik edib. Milli Məclisin deputatı Prezident və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə növbəti zəfərin Dağlıq Qarabağda qazanılacağına əminliyini ifadə edib.

Sonra birinci Avropa Oyunlarında qızıl medala sahib olmuş boksçumuz Teymur Məmmədov, qılıncoynatma üzrə gümüş və bürünc medallara yiyələnən Sevil və Sevinc Bünyadova bacıları, cüdo yarışlarının gümüş medalçısı Orxan Səfərov, bürünc medal qazanan boksçularımız Tayfur Əliyev və Məhəmmədrəsul Məcidova MOK-un hədiyyələri təqdim olunub. Azərbaycana qələbə sevinci yaşadan atletlərimiz səhnədə quraşdırılmış rəmzi lövhəni imzalayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm