Yeni mövsüm başlayır!
Bizi izləyin

İdman

Yeni mövsüm başlayır!

Bu gün avrokubok mövsümü başlayır. Çempionlar Liqasında və Avropa Liqasında 2015/16 mövsümünə start veriləcək.

Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin və Avropa Liqasının hərəsində 3 oyun baş tutacaq.

Ölkəmizi avrokuboklarda təmsil edən klublardan Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" iyulun 15-də, Avropa Liqasında oynayacaq "İnter", "Neftçi" və "Qəbələ" isə iyulun 2-də mübarizəyə qoşulacaqlar.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi

30 iyun

21:00 Pünik (Ermənistan) - Folqore (San-Marino)

23:00 Linkoln (Cəbəllütariq) - Santa Koloma (Andorra)

23:45 Kruzeyders (Şimali İrlandiya) - Levadiya (Estoniya)

Avropa Liqası, 1-ci təsnifat mərhələsi

30 iyun

21:00 Balzan (Malta) - Jelezniçar (Bosniya və Herseqovina)

22:00 Proqress (Luksemburq) - Şemrok Rovers (İrlandiya)

00:00 Renova (Makedoniya) - Daçiya (Moldova)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm