
Çinin “Çindao Hayno” klubunun üzvü Qoran Qoqiç komanda yoldaşlarını üzüb. Belə ki, serbiyalı yarımmüdafiəçi məşqdən sonra avtobusda gedərkən ürəyi dayanıb.
Publika.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya aparılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Qoran Qoqiç 2014-cü ildə “Srvena Zvezda”nın heyətində Serbiya çempionu olub və ötən mövsümdən Çin klubunda çıxış edirdi.
Aygün