"Azercell" Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı
Bizi izləyin

İKT

"Azercell" Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı

Bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom" Müharibə Veteranları olan abunəçiləri üçün 2 aprel 2015-ci il tarixindən etibarən təqdim etdiyi xüsusi kampaniyanı 30 mart, 2017-ci il tarixinə qədər uzadır.

Şirkətin hər zaman diqqət və qayğı göstərdiyi bu özəl abunəçilər təqvim ayı ərzində balanslarına birinci dəfə yüklədikləri hər-hansı danışıq kartın məbləğinin 100%-ni bonus olaraq "Azercell"-dən hədiyyə alırlar.

"Azercell" tərəfindən hədiyyə olunan bonus şəbəkədaxili zənglər, SMS və MMS xidmətləri üçün 7 gün ərzində istifadə edilə bilər.

Onu da bildirək ki, "Azercell Telekom" 3 ildir ki, davamlı olaraq Qarabağ, Əfqanıstan və Böyük Vətən Müharibəsi Veteranları üçün xüsusi endirim kampaniyalarını həyata keçirir. İstifadəyə verildiyi gündən bu güzəştli rabitə imkanından 28 000-dən artıq veteran yararlanaraq Azercell-dən 5 milyon 400 min AZN-dən artıq həcmdə bonus əldə etmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm