İKT
1 milyon ABŞ dolları qazanmaq üçün ƏLA FÜRSƏT
İnkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal Seedstars World müsabiqəsi 5-ci dəfə Azərbaycana gəlir. Belə ki, 3 may 2017-ci il tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı, Azercell MMC, PAŞA Bank və ABŞ səfirliyinin dəstəyi ilə ADA Universitetində 5-ci dəfə azərbaycanlı startaplar arasında "Seedstars World" müsabiqəsinin yerli seçimləri keçiriləcək. Müsabiqədə Azərbaycanın 10 ən yaxşı startapı ölkəni Seedstars Sammitində təmsil etmək və 1 milyon ABŞ dolları həcmində investisiya qazanmaq uğrunda mübarizə aparacaq. Bu müsabiqəyə qatılmaq arzusunda olanlar https://www.seedstarsworld.com/event/seedstars-baku-2017 səhifəsinə müraciət etməlidirlər.
Startapları üzə çıxarmaq missiyasına uyğun olaraq, Seedstars World ən yaxşı startapları müəyyən etmək, onlara 1 milyon ABŞ dollarına qədər vəsaiti qazanmaq şansı vermək və dünyanın müxtəlif yerlərində olan investor və mentorlarla əlaqələr qurmaq üçün bu il 65 ölkəyə səfər edir.
Seedstars World Azərbaycanın lider mobil operatoru Azercell-lə yaxından əməkdaşlıq edir. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri, tədbirin yerli təşkilatçısı və Seedstars səfiri İmran Bağırov bildirib ki,”Seedstars sahibkarlar və müxtəlif investorlar, bazar oyunçuları və digərləri üçün imkanlarla bol olan qlobal çoxşaxəli platformadır. Yarışmanın əsas məqsədi - inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdir. Bu müsabiqə yerli startapların dünya bazarına çıxması, öz bacarıqlarını nümayiş etdirmək üçün əla fürsətdir. Azərbaycandan olan 10 ən yaxşı startap hər il İsveçrədə keçirilən Seedstars Sammitinə qatılmaq imkanı üçün yarışa dəvət olunacaq”.
Qeyd edək ki, Seedstars inkişaf etməkdə olan ölkələrdə texnologiya və sahibkarlıq vasitəsilə insanların həyatına təsir etmək məqsədi daşıyan İsçevrənin şirkətlər qrupudur. Müxtəlif startap axtarışları, şirkətlərin qurulması və sürətləndirmə proqramları vasitəsilə hazırda bu komandanın 60-dan çox ölkədə sahibkarlara, investorlara, korporasiyalara və dövlət rəsmilərinə çıxış imkanı var.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan