Sosial şəbəkədə YENİ TƏHLÜKƏ
Bizi izləyin

İKT

Sosial şəbəkədə YENİ TƏHLÜKƏ

Sosial şəbəkələrdə “uşağım itib”, “uşağım xəstədir” kimi paylaşımların bir çoxunun fırıldaqçılar tərəfindən edildiyi üzə çıxıb. Belə ki, onlar bu cür elanları paylaşaraq geyim, qida məhsulları istehsalçılarından reklam alırlar.

Publika.az xəbər verir ki, feysbuk, instaqram, tvitter kimi sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz bu elanlarda daha çox insanın görməsi üçün onun paylaşılması xahiş edilir. Bununla da səhifənin izləyənlərin sayını qısa zamanda artırmış olurlar. Daha sonra həmin səhifələrin adını dəyişərək qida, geyim reklamları paylaşmağa başlayırlar. Bir çox hallarda elanda verilən nömrələr səhv olur. Ya da zəng etdiyinizdə avtomatik olaraq həmin nömrənin balansına ödəniş etmiş olursunuz.

Bu halların ən çox yayıldığı ölkələrdən biri də Türkiyədir. Hətta bu ölkədə qeyd etdiyimiz üsulla milyonlar qazananlar belə var. Bu cür elanlarda istifadə edilən xəstəxanada çəkilmiş şəkillər adətən xarici ölkələrdə müxtəlif saytlardan götürülmüş olur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm