"Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"nda DƏYİŞİKLİK
Bizi izləyin

İKT

"Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"nda DƏYİŞİKLİK

Nazirlər Kabineti "Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"na dəyişiklik edib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən mövcud olan yollarla kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə mövcud yolları mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan yollara aid olduqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan yollara aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl yollara aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm