Ekopublika.az
20 ölkə çıxılmaz vəziyyətə düşəcək - SİYAHI
"Jubilee Debt Campaign" təşkilatı hazırladığı hesabatda
tək Yunanıstanın deyil, ümumilikdə 20-dən çox ölkənin xarici borca
görə böhran içərisində olduğunu yazıb.
ANS PRESS-in məlumatına görə, həmin siyahıda Yunanıstanla yanaşı
Ermənistan və Ukaynanın da adı çəkilir. "Overseas Development
Institute" analitik mərkəzin nümayəndəsi Cudit Tayson bildirib ki,
2012-ci ildən etibarən xüsusilə Afrika ölkələrində dövlət borcunda
xeyli artım müşahidə edilir.
Onun sözlərinə görə, G8 liderləri həmin ölkələrin bəzilərinin
2005-ci ildə Qleniqls sammitində borclarını silib: "Düşünülürdü ki,
onlar "təmiz səhifədən" başlayaraq inkişaf edə bilərlər. Lakin o
zamandan həmin ölkələr yenidən borca batdılar. Bununla belə, bəzi
ölkələr düzgün kapital qoyuluşu edərək infrastrukturu yaxşılaşdıra
bilib".
Dövlətin xarici borcuna görə hal-hazırda böhran içərisində olan
ölkələr
Hesabatda bildirilir ki, 14 ölkə yüksək xarici borc həcminə və
büdcə kəsrinə görə yeni borc böhranına yaxınlaşır. Həmin ölkələrdən
biri olan Tanzaniya 1990-cı ildən indiyədək həddən artıq borc
yığıb. "Jubilee Debt Campaign" iqtisadi artımın gözləniləndən az
olduğunu bildirib. "Nəticədə borcların ödəniş həcmi artıb. 2018-ci
ildə isə həmin rəqəm, demək olar ki, iki dəfə artacaq. Bu isə
birbaşa "təhlükəli zona"ya aparır".
Borc böhranı təhlükəsi yüksək olan ölkələr
Çində iqtisadi artımın zəifləməsi fonunda xammalın qiymətinin
düşməsi, dolların möhkəmlənməsi bir çox Afrika ölkələri üçün
təhlükə yaradır. Çünki həmin ölkələr dollarla müəyyən edilmiş borc
götürüblər. Bundan başqa, bir çox mütəxəssis ABŞ-ın Federal Ehtiyat
Sisteminin (FES) bu il faiz qoyuluşunu qaldıracağını da güman edir.
Bu da dünya borc bazarında dərin sarsıntıların yaranmasını
sürətləndirəcək. Çünki ödəmə zamanı borc alan ölkələr həmin borcu
daha yüksək faizlə ödəməli olacaqlar.
Beynəlxalq Bank isə öz hesabatında bildirib ki, İnkişaf Etməkdə
olan Ölkələrə ucuz pulların axını tükənəcək. "Buna görə onlar "ən
yaxşısına ümid edib ən pisinə hazır olmalıdırlar".
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu