Neftin qiymətinin ucuzlaşması ərzaq qiymətlərinə təsir göstərə bilər
Bizi izləyin

Ekopublika.az

Neftin qiymətinin ucuzlaşması ərzaq qiymətlərinə təsir göstərə bilər

Cari ilin 6 ayı ərzində neftin orta qiyməti 59.4 ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45.4% aşağıdır.

Publika.az Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”na istinadən bildirir ki, Dünya Bankının araşdırmalarına görə, 6 ayda ABŞ-da şist neftinin istehsalının və neft sektoruna qoyulan investisiyaların nisbətən azalması qiymətlərə artırıcı təsir göstərib. Bununla belə, yüksək təklif və aşağı tələb orta müddətli dövrdə neftin qiymətinin aşağı olmasını şərtləndirən başlıca amillər olub.

Qeyd edilib ki, Yaxın Şərqdə neft hasil edən ölkələrdə təklifin artması, İrana qarşı sanksiyaların aradan qaldırılması neftin qiymətinin azalmasına əhəmiyyətli təsir göstərir. BVF-nin son proqnozuna görə, neftin (Brent, WTI, Dubai Fateh üzrə orta) dünya qiyməti 2015-ci ildə 58.9 ABŞ dolları, 2016-cı ilə 64.2 ABŞ dolları təşkil edəcəkdir. Dünya Bankının qiymətləndirmələrinə əsasən isə neftin qiymətinin 45% ucuzlaşması ərzaq qiymətlərinə 10% azaldıcı təsir göstərə bilər. Məhsuldarlığın yüksək olması cari ildə dünya ərzaq qiymətlərini əlavə 10% ucuzlaşdıra bilər.

Nəzərə çatdıraq ki,2015- ci ilin 6 ayı ərzində dünya əmtəə qiymətləri 5.8%, ərzaq qiymətləri isə 10.4% azalıb. Dövr ərzində əmtəə bazarlarında ABŞ dollarının möhkəmlənməsi, yüksək təklif və zəif qlobal tələb qiymətlərə azaldıcı təsir göstərib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm