SOCAR Bakı-Supsa kəməri ilə neft ixracını azaldıb
Bizi izləyin

Ekopublika.az

SOCAR Bakı-Supsa kəməri ilə neft ixracını azaldıb

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-avqust aylarında Supsa limanından Bakı-Supsa neft kəməri ilə 1 mln. 864,059 min ton Azərbaycan nefti ixrac edib.

Publika.az xəbər verir ki, ötən ilin müvafiq dövründə Supsa limanından 2 mln. 29,456 min ton neft ixrac olunub. Beləliklə, 2015-ci ilin yanvar-avqust ayları ərzində Supsa limanından ixracın həcmi 8,2% azalıb.

Xatırladaq ki, Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm