Bu dəhlizdən 3 ayda 83 milyon adam istifadə edib
Bizi izləyin

Ekopublika.az

Bu dəhlizdən 3 ayda 83 milyon adam istifadə edib

2016-cı ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınması 11835,9 min ton, yük dövriyyəsi isə 2314,1 milyon ton-km olub.

Publika.az xəbər verir ki, yüklərin 7590,2 min tonu və ya 64,1 faizi avtomobil nəqliyyatı, 3190,8 min tonu və ya 27,0 faizi dəmir yolu nəqliyyatı, 1054,9 min tonu və ya 8,9 faizi dəniz nəqliyyatı ilə daşınıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmi 12,4 faiz azalıb. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 24,7 faiz və 44,0 faiz) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8 faiz artıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 14,7 faizini və ya 1738,1 min tonunu tranzit yüklər təşkil edib.

2016-cı ilin yanvar-mart aylarında dəhliz vasitəsilə 82,7 milyon sərnişin daşınmış, sərnişin dövriyyəsi 1663,6 milyon sərnişin-km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 2,3 faiz, sərnişin dövriyyəsi isə 1,3 faiz artıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm