İpoteka Fondunun 5 mln manatlıq istiqrazı hərraca çıxarılıb
Bizi izləyin

Ekopublika.az

İpoteka Fondunun 5 mln manatlıq istiqrazı hərraca çıxarılıb

Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2008008685 dövlət qeydiyyat nömrəli, faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Publika.az Fonda istinadən bildirir ki, istiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 3 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 14 383 000 manat olub. Nəticədə, hərraca çıxarılmış həcm tam yerləşdirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm