
Mərkəzi Bank tələblərin sərtləşdirilməsinin faiz dərəcələrini azaldacağını deyir
Mərkəzi Bank (AMB) kreditlərin verilməsi üzrə banklara qarşı tələblərin sərtləşdirilməsinin faiz dərəcələrinin azalmasına səbəb ola biləcəyini istisna etmir.
Publika.Az-ın xəbərinə görə, bunu jurnalistlərə AMB-nin İdarə heyəti sədrinin müavini Aftandil Babayev deyib.O bildirib ki, ölkədə kredit dərəcələrinin azalması tendensiyası müşahidə edilir.
Belə ki, ötən ilin yekunları üzrə kreditlər 2 faiz ucuzlaşıb: "Mərkəzi Bank hesab edir ki, hazırda avtomobil kreditləşməsi prosedurunun dəyişdirilməsinə ehtiyac var və banklara onları sərtləşdirməyi təklif edir".
Sədr müavini hesan edir ki, MB-nin bu addımları bankın müştəriləri və bankların özləri üçün müsbət nəticələr verəcək.
Leyla